Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə zəng edibbackend

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıb. Tərəflər Dağlıq Qarabağ haqqında müzakirə ediblər.

Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, xüsusilə ATƏT-in Minsk qrupunun işinə əsaslanaraq siyasi prosesin aktivləşdirilməsinin lehinə danışıblar. Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşmasına riayət edilməsinin vacibliyini bir daha təsdiqləyib.

www.parla.az