Qurban Qurbanov koronavirusa yoluxdubackend

Qurban Qurbanov koronavirusa yoluxdu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.

PARLA xəbər verir ki, bu barədə mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov bildirib.

Q.Qurbanovun COVİD-lə bağlı ilk testi pozitiv çıxıb, səhhəti yaxşıdır.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.

www.parla.az