Qorbaçov Lukaşenkoya məsləhət verdibackend

Qorbaçov Lukaşenkoya məsləhət verdi

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov Belarusdakı eturaz aksyalarına toxunub.

PARLA Rusiya KİV-nə istinadən xəbər verir ki, keçmiş dövlət rəhbərinin fikrincə, Lukaşenkonun səhvi onun zavod işçilərinə gec müraciət etməsi ilə bağlıdır.

“Lukaşenko sənaye müəssisələrinin işçilərinə müraciət etdi. Amma düşünürəm ki, bunu gec etdi”.

O, özünün də SSRİ-nin süqutu zamanı işçilərə müraciət etdiyini, lakin lazımi dəstəyi almadığını xatırlayıb.

“Parçalanma və daxili müharibədən çəkilmək üçün getdim”- deyə Qorbaçov açıqlayıb.

O, Belarusdakı aksiyalarda xaricdən təsirin olduğunu da söyləyib.

www.parla.az