Qazaxıstanın 22 vətəndaşı Bakı limanından yola salındıbackend

Qazaxıstanın 22 vətəndaşı Bakı limanından yola salındı

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 22 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 10 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

PARLA bildirir ki, Bakı limanından verilən məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

www.parla.az