Qarderobda ölü kimi yatan, zibilə tullanan geyimlər – VİDEObackend

Qarderobda ölü kimi yatan, zibilə tullanan geyimlər - VİDEO

“Bir pambıq geyimin istehsalında 2700 litr su istifadə edilir. Bu da bir insanın 900 günlük su ehtiyacıdır. ”

PARLA xəbər verir ki, bu barədə dizayner Klara Vuletiç “TedX”-da çıxışı zamanı bildirib.

“Biz ata-babalarımızdan 4 qat çox geyimə sahibik. Əslində, bizim geyimlərimizin çox hissəsi qarderobda ölü kimi yatırlar. Biz heç onları istifadə də etmirik.

Böyük Britaniyada hər il 1 milyona yaxın geyim zibilə atılır. Geyim istehsalı bizim ətraf mühitə zərər vuran ikinci ən böyük industriyadır.

Pambıq və dəridən olan geyimlər ekologiyanın böyük düşmənidir. Bir pambıq geyimin istehsalında 2700 litr su istifadə edilir. Bu da bir insanın 900 günlük su ehtiyacıdır.

Pandemiya dövründə ABŞ-da geyim satışı 79 faiz çoxaldı. Bu isə, ABŞ-ın tarix boyu ən yüksək göstəricisidir.

Xüsusən pandemiya dövründə insanlar idman geyimlərinə və pijamalara daha çox üstünlük verirlər.

Ətraf mühiti qorumaq üçün, təbiətə təhlükə yaratmamaq üçün gərəkdir ki, insanlar geyimə olan tələbatlarını bir də gözdən keçirsin.

www.parla.az