Qarabağla bağlı təxribatçı paylaşım Mxitaryana baha başa gəldi – VİDEObackend

Qarabağla bağlı təxribatçı paylaşım Mxitaryana baha başa gəldi - VİDEO

İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan “Twitter”dəki paylaşımı ilə diqqət çəkib.

O, Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək, guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib.

UEFA əməkdaşının belə yanaşması, ən azı Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır.

AFFA-nın müraciətindən sonra UEFA daxili araşdırmaya başlayıb və nəticədə, UEFA üzvü olan Monika Mxitaryan müvafiq paylaşımlarını silib.

Bundan başqa, Henrix Mxitaryanın özü də şəxsi sosial şəbəkə hesablarında dəfələrlə qondarma “Dağlıq Qarabağ Respublikası” barədə paylaşımları, separatçı rejimi tanımaq barədə dünya ictimaiyyətinə mesajlar ünvanlayıb.

AFFA bununla bağlı İtaliya Futbol Federasiyası, FIFA, UEFA və futbolçunun səfiri olduğu UNICEF təşkilatına müvafiq qaydada məktublar ünvanlayıb.

www.parla.az