“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
PARLA xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç “Molde”sini mübarizədən kənarlaşdırsa, “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk matçları 22 – 23 sentyabr, cavab qarşılaşmaları idə 29 – 30 sentyabr tarixlərində oynanılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.