“Qarabağ” “futboldan ömürlük uzaqlaşdırma” qərarına etiraz edəcəkbackend

"Qarabağ" "futboldan ömürlük uzaqlaşdırma" qərarına etiraz edəcək

UEFA “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını verib.

PARLA qurumun rəsmi saytına istinadən xəbər verir ki, N.İbrahimov futboldan ömürlük kənarlaşdırılıb.

Dağlıq Qarabağ münaqişəsi zamanı “Facebook” pofilində ermənilərlə bağlı paylaşım edən klub rəsmisi bu hərəkətinə görə sərt cəzaya məruz qalıb.

“Qarabağ” klubu da cəzadan qaça bilməyib. Belə ki, qitənin ali futbol qurumu Ağdam təmsilçisini 100 000 avro məbləğində cərimələyib.

Ağdam təmsilçisinin direktoru Emrah Çelikel isə qərara etiraz edəcəklərini bildirib:

Çelikelin sözlərinə görə, klub bu yöndə lazımi tədbirləri görəcək: “Xəbər hələ çox yenidir, cəmi 15-20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik”.

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: “Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda, lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq”.

 

www.parla.az