“Qalatasaray”dan onlara azarkeşlik etmiş şəhidlərimizə qarşı TƏQDİRƏLAYİQ ADDIMbackend

"Qalatasaray"dan onlara azarkeşlik etmiş şəhidlərimizə qarşı TƏQDİRƏLAYİQ ADDIM

Bir neçə gün öncə dəfn edilən “Qalatasaray” azarkeşləri şəhid Murad və Fərid haqqında futbol klubu təqdirəlayiq addım atıb.

PARLA xəbər verir ki, idman şərhçisi Gündüz Abbaszadənin  sözlərinə görə, klub heyəti oyunlardan birini şəhidlərimizə həsr edəcək:

“”Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Ailəsi “Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək.

“Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay biraz əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”

www.parla.az