Putindən Qarabağ açıqlaması: “Döyüş Ermənistan ərazisində aparılmır”backend

Putindən Qarabağ açıqlaması: "Döyüş Ermənistan ərazisində aparılmır"

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıb.

PARLA xəbər verir ki, prezident “Rossiya 24”ə açıqlamasında hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini bildirib.

“Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Rusiyanın təşkilat çərçivəsində öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik”, – Putin deyib.

www.parla.az