Putin: “Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz”backend

Putin: “Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz”

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlər ki, bunun alternativi yalnız müharibədir.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı iclasda bildirib.

O qeyd edib ki, belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq:

“Hər kəs bunu dərk etməlidir və öz-özünə bununla bağlı hesabat verməlidir”.

Rusiya Prezidenti Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyini açıqlayıb. Qeyd edib ki, Azərbaycan və Ermənistandan olan həmkarları ilə yaxın vaxtlarda hər iki ölkəyə Rusiyanın qurumlararası nümayəndə heyətinin göndərilməsi üçün razılıq əldə olunub.

Rusiya Prezidentinin sözlərinə görə, nümayəndə heyətinin vəzifəsi – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabrda atəşkəsə dair üçtərəfli bəyanatının icrasının aktual, ən vacib məsələlərinin nəzərdən keçirilməsidir.

“Ümid edirəm ki, keçiriləcək məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyiş əldə etməyə kömək edəcək”, – deyə V.Putin bildirib.

 

 

 

www.parla.az