Putin “Rosqvardiya”nı Belarusa yeritdi – VİDEObackend

Putin “Rosqvardiya”nı Belarusa yeritdi - VİDEO

Rusiyanın ötən gün etiraz aksiyalarını dağıtmaq üçün Belarusa qüvvə göndərdiyi barədə xəbərlər və görüntülər yayılıb.

PARLA xəbər verir ki, “Conflict İntelligence Team” (CİT) araşdırma qrupu bir neçə KİV-də, habelə sosial şəbəkələrdə yayılmış görüntüləri və xəbərləri analiz edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 16-da “Paris Burns” Telegram-kanalında pəncərələrində dəmir barmaqlıqlar olan yük maşınları kalonunun hərəkət etdiyinə dair görüntülər yayılıb. Videonun təsvirində qeyd olunur ki, kadrlar Leninqrad vilayətində çəkilib, texnika Sankt-Peterburqdan Belarusla sərhəddəki Luqaya tərəf gedir. Çəkiliş yeri Belarus sərhədindən 400 kilometr məsafədədir.

CIT bu kadrlardan Rusiya OMON-un texnikasını tanıyıb. Lakin bildirilir ki, maşınlarda markirovka və nömrə nişanları yoxdur.

Sankt-Peterurqdan Belarusla sərhədə yaxın Pskova hərəkət edən kalon haqda “Fontanka.ru” saytı da oxuculara istinadən yazıb. Oxuculardan biri bildirib ki, yolda 30-40 maşından ibarət karvanla qarşılaşıb. Qərb hərbi dairəsinin mətbuat xidmətindən bildiriblər ki, kadrlardakı texnika onların silahlanmasında yer almır. Nəticədə texnikanın “Rosqvardiya”-ya məxsus olduğu ehtimalı artır.

Habelə dünən axşam “Meduza” saytı da özünün Telegram-kanalında oxuculardan daxil olmuş fotonu yerləşdirib. Bu kadrlarda M1 şossesi ilə Belarusa tərəf hərəkət edən hərbi yük maşınları görünür. Oxşar kadrları Tvitter-də jurnalist Vasili Maksimov da yerləşdirib. CIT kadrları analiz edərək belə qənaətə gəlib ki, koordinatlar Smolenskdən cənubu, Belarus sərhədlərindən 83 kilometr məsafəni göstərir.

Eyni zamanda YouTube-də dərc edilmiş iki videoda da Belarusa tərəf hərəkət edən açıq-boz rəngli “Kamaz”lardan ibarət kalon görünür. Videonun müəllifi içəridə “döyüşçülərin oturduğunu” bildirir. Kadrlar Moskvaətrafındakı Qolitsıno rayonunda çəkilib. Hələlik görüntülənən maşınların Belarus sərhədini keçdiyinə dair məlumat yoxdur.

www.parla.az