Putin Livana yeni səfir təyin etdibackend

Putin Livana yeni səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin Livana yeni səfir təyin edib.

PARLA “TASS”a istinadla xəbər verir ki, Putin Aleksandr Nikolayeviç Rudakovu Rusiya Federasiyasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. 2010-cu ildən etibarən Beyrutdakı Rusiya diplomatik nümayəndəliyinə rəhbərlik etmiş Aleksandr Zasypkin isə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Livana yeni səfir təyin edilən Rudakov bunda əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktor müavini vəzifəsini icra edib.

www.parla.az