Putin baş verənlərlə bağlı açıqlama verdibackend

Putin baş verənlərlə bağlı açıqlama verdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan və Ermənistan arasındakı sərhəddəki vəziyyəti müzakirə edib.

PARLA xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Onlar, eyni zamanda, bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərini müzakirə etdilər”, – Peskov deyib.

İclasa Müdafiə naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, FTX-nın direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, prezidentin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov qatılıb.

www.parla.az