Professor: “Virusa qarşı spesifik dərman yoxdur”backend

Professor: "Virusa qarşı spesifik dərman yoxdur"

“Bütün dünyanı əhatə edən xəstəlik pandemiyaya çevrildi. Əvvəlcə bəzi radikal tədbirlər həyata keçirildi. Əvvəl virus barədə məlumatlı olmasaq da, hazırda müəyyən bilgilərə malikik. Təəssüf ki, virus yeni olduğundan mübarizə üsulu da fərqlidir. Virusa aid dərman sayı çox az və məhduddur”.

PARLA xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

A.Allahverdiyev sözlərinə görə, virusa qarşı spesifik dərman vasitəsi yoxdur: “Aptekə gedəndə antibakterial dərman istənilən qədər tapmaq olar. Ancaq bu virusa qarşı dərman yoxdur. Bu zaman problem yaranır. Dünyada vaksinlə bağlı çoxsaylı işlər görülür.  Hazırda 11 vaksinlə bağlı Amerika qida və dərman təşkilatına müraciət edilib. Ola bilsin ki, hansılarsa təsdiqlənsin. Vaksinin isə nə qədər effektiv olacağı məlum deyil. Vaksin var deyə rahatlamalı deyilik. Bu zaman da problemlər yaşaya bilərik”.

 

 

 

www.parla.az