Prezidentin konsul təyin etdiyi xanım ANS-in keçmiş əməkdaşı olubbackend

Prezidentin konsul təyin etdiyi xanım ANS-in keçmiş əməkdaşı olub

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın İstanbulda baş konsulu təyin edilib.

PARLA xəbər verir ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, 90-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub.

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.

www.parla.az