Prezidentin köməkçisi: “Hazırda 919-dan artıq hərbçimizin müalicəsi davam etdirilir”backend

Prezidentin köməkçisi: "Hazırda 919-dan artıq hərbçimizin müalicəsi davam etdirilir”

“Artıq hər birimiz deyə bilərik ki, yaxınımızda yoluxanlar var. Sosial şəbəkələrdən görünür ki, yaxınlarımızın qohumları arasında artıq koronavirusdan vəfat edənlər var. Bu istiqamətdə olan tendensiyalar və koronavirusun yayılması sürətini nəzərə alaraq karantin rejiminin sərtləşdirilməsinə qərar verilib.

Hazırda koronavirusdan aktiv xəstələrin sayı 56 mindən çoxdur. Bunlardan 48 mini evdə, 8 mini xəstəxanada müalicə olunur”.

PARLA xəbər verir ki, bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, hazırda tibbi müəssisələrdə 919 hərbçi müalicəsini davam etdirir. Bunu nəzərə alaraq vətəndaşlarımız səhiyyə sistemi üzərinə düşən yükün daha da artmaması üçün gigiyenik qaydalara əməl etməlidirlər.

www.parla.az