Prezident və xanımı Ağdama səfər etdi – VİDEOLARbackend

Prezident və xanımı Ağdama səfər etdi - VİDEOLAR

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdama səfər edib.

PARLA xəbər verir ki, bu barədə Mehriban Əliyeva sosial şəbəkədə video paylaşaraq məlumat yayıb.

Həmin görüntülərdə Ali Baş Komandan Ağdamın hazırkı vəziyyətindən danışıb:

“Düşmənin Ağdam şəhərinə qədər bir neçə müdafiə xətti var idi. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə biz üz-üzə idik. Hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də jurnalistləri, əcnəbi jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik”, – deyə dövlət başçısı əlavə edib.

www.parla.az