Prezident Qarabağ münaqişəsindəki itkilərin sayından danışdıbackend

Prezident Qarabağ münaqişəsindəki itkilərin sayından danışdı

Prezident İlham Əliyev “İnterfaks”a müsahibə verib. Ali Baş Komandan Qarabağ münaqişəsindən, itki sayından danışıb:

“Azərbaycanda olan məlumata görə, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur. Bizim itkilərə gəlincə, mən demişəm, biz onları hərbi əməliyyatlar bitəndən sonra elan edəcəyik. Ancaq deməliyəm ki, bizim itkilərimiz dəfələrlə azdır”.

“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, – deyə dövlət başçısı bildirib.

www.parla.az