Prezident İlham Əliyev: “Rusiyadan Ermənistana qaçaqmalçılıq yolu ilə silah daşınır”backend

Prezident İlham Əliyev: "Rusiyadan Ermənistana qaçaqmalçılıq yolu ilə silah daşınır"

Bakıda Rusiyadan Ermənistana qeyri-qanuni şəkildə silah göndərilməsi haqqında məlumatlar var. Azərbaycan Moskvanı baş verənləri araşdırmağa çağırır.

PARLA xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev TASS-a müsahibəsində bildirib.

“Biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb”, deyə Əliyev bildirib.

“Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir”, deyə Azərbaycan prezidenti əlavə edib.

“Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi”, deyə Əliyev qeyd edib.

O, əlavə edib ki, Bakıda bu barədə məlumatlar var: “Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik”.

www.parla.az