Prezident ermənilərin xəsarət yetirdiyi soydaşlarımzla bağlı göstəriş verdi – FOTObackend

Prezident ermənilərin xəsarət yetirdiyi soydaşlarımzla bağlı göstəriş verdi - FOTO

Dünən ABŞ-ın Los-Anceles şəhərində həmvətənlərimizin aksiyası zamanı ermənilərin xəsarət yetirdiyi vətəndaşlarımızın tibbi və hüquqi yardım xərcləri Baş Konsulluğumuz tərəfindən ödəniləcək.

PARLA xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat veriblər.

“Hörmətli həmvətənlər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, dünənki aksiyada erməni daşnaklarının xəsarət yetirdiyi vətəndaşlarımızın tibbi və hüquqi yardım xərcləri Baş Konsulluğumuz tərəfindən ödəniləcəkdir. Daşnak cinayətkarların tezliklə müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün bütün müvafiq işlər Baş Konsulluq tərəfindən görülməkdədir”- deyə, məlumatda qeyd olunub.

www.parla.az