Polkovnik şəhid oldu, Rusiya sülhməramlısı yaralandıbackend

Polkovnik şəhid oldu, Rusiya sülhməramlısı yaralandı

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli bu gün şəhid olub.

PARLA xəbər verir ki, B.Səmidli Suqovuşanda minaya düşərək həlak olub. Məlumata görə, həmin zaman Rusiya sülhməramlılarının zabiti və 4 erməni FHN əməkdaşı da Qarabağda minaya düşüb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hadisə Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən baş verib.

Yaralı rus zabit Bakıya xəstəxanaya gətirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir. Məlumatda hadisə zamanı bir Azərbaycan hərbçisinin də şəhid olduğu qeyd edilib.

www.parla.az