Polkovnik-leytenant koronavirusdan vəfat etdibackend

Polkovnik-leytenant koronavirusdan vəfat etdi

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

PARLA-nın verdiyi xəbərə görə, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünnyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb.

DİN Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.

www.parla.az