Pirşağı çimərliklərinə kanalizasiya suları axıdılır – SOS! – VİDEObackend

Pirşağı çimərliklərinə kanalizasiya suları axıdılır - SOS! - VİDEO

Bakının Pirşağı qəsəbəsində yerləşən çimərliklərə kanalizasiya suları axıdılır.

PARLA xəbər verir, bu barədə həm sosial şəbəkələrdə paylaşımlar edilib, həm də sakinlərin özləri bildirib.

Dənizkənarı ərazidə yaşayan insanların üzləşdiyi problemlərdən biri də üfunət qoxusudur. Çirkli suların dənizə axıdılması həm həmin ərazidə üfunətli iyinin yayılmasına səbəb olur, həm də çirkli suyun dənizə axıdılması bir sıra xəstəliklərin yayılmasına səbəb olur.

Bu hal isə ən çox Bakının Pirşağı qəsəbəsində də qeydə alınır. Qəsəbə sakinləri bildirirlər ki, çirkab suları dənizə axıdılır. Sakinlər özü ilə bərəabər üfunətli qoxunu və xəstəlikləri də dənizə daşıyan bu suyun illərdir dənizə axıdıldığını iddia edirlər.

PARLA kanalizasiya sularının dənizə axıdılmasına dair videonu təqdim edir:

www.parla.az