Pensiya kartını itirənlərə müraciət edildibackend

Pensiya kartını itirənlərə müraciət edildi

Dövlət Sosial Müdafiə Fondu sosail müavinət alan şəxslərə müraciət edib.

Fondun mətbuat katibi Rəşad Mehdili bildirib ki, pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını “Kapital Bank”ın plastik kartları vasitəsilə alan vətəndaşlar kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər.

“Beynəlxaq Bank”ın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur.

www.parla.az