Paşinyan Putinə yenə zəng etdibackend

Paşinyan Putinə yenə zəng etdi

“Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı döyüşlərdən ciddi şəkildə narahatdır”.

PARLA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Danışıqlarda Dağlıq Qarabağda münaqişə zonasındakı vəziyyətin müzakirəsi davam etdirilib.

“Putin davam edən döyüş əməliyyatlarından ciddi narahatlığını dilə gətirib. Tərəflərin atəşi dayandırması və böhranı azaltmaq üçün təcili tədbirlər görülməsinə ehtiyac olduğu vurğulanıb”.

Qeyd edək ki, bundan əvvəl Paşinyan bildirmişdi ki, Azərbaycanla münaqişənin kəskinləşməsi erməni xalqının varlığı üçün bir təhlükə yaradıb.

www.parla.az