Paşinyan nədən arxayındır? – Sualın cavabı Anar Rəhimovun yazısındabackend

Paşinyan nədən arxayındır? - Sualın cavabı Anar Rəhimovun yazısında

Ümumiyyətlə 2020-ci il koronavirusdan başqa erməni lideri Paşinyanın pərt olmaqları, işğalçı yalanlarının ifşa olunması ilə də yadda qalıb. Bütün olanlara rəğmən Nikol Paşinyan narahat deyil və heçnə olmamış kimi yalana söykənən siyasətlərini davam etdirir.

Tehrana da “Tiqran” deyəcəklər…

Onsuz da ermənilər kimi qaniçən və terrora bağlı bir millətin dövlətə sahib olması qonşu ölkələri, bütövlükdə regionu narahat edir. Çünki cinayətlə dövlət yaradanlar işğallarını davam etdirir. Yəni bu gün Azərbaycana qarşı ərazi iddiasında olan və Qarabağımızı zəbt edənlər sabah oxşar ssenarini Gürcüstan, İran və Türkiyəyə qarşı da reallaşdıra bilər. Ən azından buna çalışar, çünki ermənilər hər şeyə qadirdilər. Onsuz da Türkiyənin Şərqi Anadolusu daşnakların hədəfindədir. Nə yaxşı ki, Ermənistan blokadadır, yoxsa dığaların Ərzurum və Van cinayətlərinin təkrarlanmayacağı sığortlanmayıb. Olsun lap  Gürcüstanın ermənilər yaşayan  Samtse-Cavaxeti bölgəsi! Rəsmi İrəvan müxtəlif “erməni variantları” ilə Gürcüstanın da bəzi regionlarını Tbilisinin nəzarətindən çıxartmağa cəhd edə bilər. “Erməni işğalı” qorxusu hələki bircə İranda yoxdur, çünki Paşinyan kimilər rəsmi Tehranın qılığına girməklə məşğuldurlar. Amma “Böyük Ermənistan” xamxəyalı ilə yaşayanların sabah Tehranı da Tiqranla əlaqələndirməyəcəyinə zəmanət yoxdur. Bu Ermənistan xülasəsində məqsəd Paşinyan hökumətinin kimə güvəndiyini müəyyənləşdirmək idi.

Ermənistana kim dəstək verir? 

Gürcülər erməni xristianlarına bələd olduqları üçün iki ölkə arasında sadəcə tranzit mahiyyətli münasibətlər mövcuddur. Azərbaycan bəllidir. Türkiyə isə Ermənistanı blokadada saxladığından tək İran qalır. Bu isə həm də o deməkdir ki, Ermənistanın arxalandığı güc quru sərhədləri olmayan dövlətlərdir. Nə bilmək olar, onaların dəstək gördüyü bəlkə də müəyyən təşkilat, yaxud təsisat qədər gücü olan şəxslərdir. Heç Pakistanın dövlət kimi tanımadığı Ermənisatanın əsas umanc yeri İrəvanda Paşinyanın hakimiyyətə gəlişinə qədər Rusiya idi. Sadəcə olaraq, Putin hakimiyyəti ermənilərin təhlükəli olduğunu həmişə bilsə də, onlardan təzə-təzə ehtiyat etməyə başlayıb. Belə deyək, Moskvanın İrəvana “yardım əli” əsməyə başlayıb. Əslində Putin hakimiyyətinin tərəddüdü əsassız deyil və erməniləri “qarlı qayğı”dan kənar qoyması bizim üçün sevindiricidir. Nəhayət ki, Moskva siyasətində faşizmi tərənnüm edən Ermənistana təzyiq göstərməyə başlayıb. Axı Hitler terrorçusu Njdeyə təzim edənlərin başını niyə qaldırasan ki? Burada bir təzad yaranır, çünki prezident İlham Əliyev ermənilərin “Ter Arutunyan” nasistini təbliğ etməklərini pisləyənədək Kremlin bundan xəbəri yox idi? Guya “Rusiyanın adamı” kimi tanınan Serj Sarkisyanın vaxtında Ermənistanda Njdeyə heykəllər ucaldılmayıb? Tək fərqləri odur ki, Paşinyanın babası da faşist olub. O ki qaldı Nikol Paşinyanın dəstək mənbəyinə – versiyalardan birinə görə faşist nəvəsinin arxasında duranlar elə Sarkisyanın ətrafıdır. Sual yaranır ki, necə olur, axı Sarkisyanı devirmək istəyənlərdən birincisi elə Paşinyan idi?! Adını qoyaq “daşnak oyunu”, ya da keçək digər versiyaya ki, erməni liderin sərsəm bəyənatlarının, dırnaqarası siyasətinin dayaq nöqtəsinə çıxaq. İcevanda doğulub, jurnalistikadan siyasətə gələn, bir vaxtlar Petrosyanın sağ əli sayılan Paşinyan kürəyini kimə söykəyir? “Onun kuratorları İrəvandakı ABŞ səfirliyində oturub” deyənlər də var. Xatırladaq ki, Birləşmiş ştatların dünyada ikinci ən böyük səfirliyi məhz İrəvandadır. Belə ki, nümayəndəlikdə 2 min 500 nəfər çalışır. Əhali sayına görə müqayisə aparsaq, bu məntiqlə ABŞ-ın Rusiyadakı səfirliyində 125 min nəfər işləməliydi. Bu gedişlə Kremlin Cənubi Qafqazdakı erməni tətiyinə barmağı çatmayacaq. Amerikanların nəyinə lazımdır desəniz? Hardasa sizə qatılaram, çünki Ermənistanın nə nefti, nə qazı var. Ancaq Metsamor AES və  Rusiyanın hərbi bazasını unutmaq olmaz. Ola bilsin ki, hegemon dövlətlərin geosiyasi qarşıdurması onların Ermənistanda möhkəmlənməsini şərtləndirir və bu  da faşist törəmələri olan ermənilərin əl-qolunu açır. Yoxsa Qarabağ münaqişəsinin nizamlanması qeyri-müəyyən zamana kimi uzadılmaz, danışıqlar İrəvan tərəfindən dondurulmazdı, müxtəlif razılıqlar əldə olunar və konflikt sülh yolu ilə həllini tapardı. Təəssüf ki, Njdeyə heykəl qoyanlar, faşist babası Vardani ilə fəxr edən Paşinyan kimilər işğal etdikləri Azərbaycan torpaqlarında  mayın 9-da üçqat bayram qeyd edir, tarixi abidələrimizi ya dağıdır, ya da saxtalaşdırılması ilə məşğuldurlar. Səbr kasası dolan Azərbaycandan isə bütün dünyanın xahişi konfliktin sülh və danışıqlar yolu ilə həll olunmasıdır. Rəsmi Bakının tələbi də var ki, Ermənistanın müvafiq sənəd və qətnamələrə riayət etsin və işğalçılara beynəlxalq təzyiqlər artırılsın. Əlbəttə Qoşulmama hərəkatına ölkəmizin sədrliyi, 120 dövlətin Ermənistanı işğalçı kimi tanıması uğurdur və beynəlxalq təzyiqin sərtləşdirilməsini daha da qabardır. Lakin etiraf etmək lazımdır ki, işğalçı qonşularımıza  böyük təşkilatlarla yanaşı “böyük səkkizlik” də təzyiq göstərsəydi,  Qarabağımız çoxdan azad olunardı. İrəvana çox yox, elə ABŞ-ın Ermənistandakı səfirliyinin personalı qədər Ağ Evdən sanksiya gəlsəydi, işğalçılardan əsər-əlamət qalmazdı. Nə isə, Ağ Ev kimi ağ günə çıxarıb ki?!

www.parla.az