Paşinyan Fransa televiziyasına müsahibə verdibackend

Paşinyan Fransa televiziyasına müsahibə verdi

Ermənistan Osmanlı İmperiyasını bərpa etmək istəyən Türkiyəni tutub saxlayıb.

PARLA xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə France 24 telekanalına verdiyi müsahibəsində bildirib.

Baş nazir deyib ki, rəsmi Ankara Osmanlı İmperiyasının bərpası siyasətini davam etdirir və Cənubi Qafqazdakı ermənilər Türkiyənin şimal və şərqə doğru genişlənməsi yolunda son əngəl olaraq qalır.

O, NATO üzvü olan Türkiyənin bir ay əvvəl başqa bir NATO üzvü olan Yunanıstana qarşı hərbi təxribat həyata keçirdiyini xatırladıb. Paşinyan qeyd edib ki, indi türk səlahiyyətlilərinin hədəfləri aydındır – Türk imperatorluğunu bərpa etmək.

Paşinyan “Türkiyə burada (söhbət Qarabağdan gedir) müvəffəq olarsa, Egey dənizindəki Yunan adalarını ələ keçirməyə başlayacaq və daha sonra Qərbə doğru irəliləyəcək. O zaman onları Vyanada gözləyin” deyib.

Qarabağda sülh danışıqlarının Türkiyə bölgəni tərk edib hədəflərindən imtina etməsi halında baş verə biləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Nəticədə işğalda olan bir neçə kənd və əhəmiyyətli yüksəkliklər ələ keçirilib.

Hazırda Qarabağ münaqişəsi zonasında döyüşlər davam edir.

www.parla.az