Paşinyan da parad keçirəcəkbackend

Paşinyan da parad keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan gülünc çıxışları ilə gündəmdə qalmaqda davam edir. Azərbaycanın möhtəşəm qələbəsinə həsr olunan parad xəbərini eşidən Paşinyan məğlubiyyəti həzm edə bilmədiyini bir daha sübut edib.

PARLA xəbər verir ki, baş nazirin sözlərinə görə, 15 dekabrda Yerevanda Dağlıq Qarabağdakı hərbi münaqişədə Ermənistan Silahlı Qüvvələrinin “qələbə”sinə həsr olunmuş hərbi parad keçiriləcək:

“Bu, Urartu dövründən bəri davam edən dövlətimizin tarixindəki ən əhəmiyyətli qələbələrdən biridir. Artsax ərazilərinə sahib olmaq hüququmuzu müdafiə etdik və Azərbaycana Zaqafqaziyanın həqiqi sahibinin kim olduğunu göstərdik. İndi Stepanakert bizim tam nəzarətimiz altındadır, Rusiya sülhməramlıları əraziləri minalardan təmizləməyə davam edir”.

Məğlub baş nazirin “qələbə” paradının Ermənistanın Azadlıq meydanında baş tutacağı gözlənilir.

www.parla.az