Parisdə gənc azərbaycanlı sənətkar – FOTO-VİDEObackend

Parisdə gənc azərbaycanlı sənətkar - FOTO-VİDEO

Gənc istedadlı musiqiçi və fleyta virtuozu Ağarəhim Quliyev, 14 Avqust 2020-ci ildə Parisdə özünün ilk musiqi parçasını buraxdı.

PARLA xəbər verir ki, Ağarəhim Quliyev Fransanın Ali Konservatoriyasında – Paris Ecole Normale de Musique de Paris-də oxuyur və fleytada müxtəlif mürəkkəb klassik əsərlərin şərhləri ilə tanınır.

Avropanın və Amerikanın ən yaxşı maestrolarının tələbəsi olan Ağarəhim elektro musiqi janrını yeni bir səviyyəyə gətirib.

O, klassik, elektro və muğamı birləşdirib yeni kompozisiyasını – “Wild Dreams” adlı parçanı yaradıb.

Ağarəhim tamamilə yeni bir janr – elektro-füzyonu sınayaraq musiqinin ən dərin qatlarına enib, dinləyicilərin xəyal dünyasına dalmağı bacarıb.

Ağarəhim üçün, klassika və texnonun sintezi gələcəyin musiqisidir.

Parça Spotify da daxil olmaqla bütün musiqi paltformalarında mövcuddur.

 

 

www.parla.az