Pandemiya dövründən sonra Azərbaycanda ilk film çəkilir – FOTObackend

Pandemiya dövründən sonra Azərbaycanda ilk film çəkilir - FOTO

Pandemiya aylarında kino sahəsində olan durğunluğa nəhayət ki, son qoyulur, kinematoqrafçılarımız çəkiliş meydançasına dönməyə hazırlaşır.

PARLA-nın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, Operativ Qərargah tərəfindən həyata keçirilən yumşalma tədbirlərinə və bir çox qadağaların aradan qaldırılmasına uyğun olaraq, Sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb.

Beləliklə, pandemiya aylarında çəkiliş meydançasına ilk dönən “Caspian Media Group” şirkəti oldu.

Caspian Media Group “Xəzər üzərində yelləncək” (Качели Над Каспием) filminin çəkilişlərinə başlayıb.

Filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru isə Rauf Qurbanəliyevdir. Layihənin prodüseri Hüseyn Cavadzadə və Səadət Qarayevadır.

Filmdə baş rolları Mariya Suvorovskaya, Emil Həsənzadə və Duyğu Dəvəli ifa edir. Film rus dilindədir və filmin bütün MDB ölkələrində nümayişi nəzərdə tutulub.

www.parla.az