Pakistan baş naziri: “Facebook”da anti-islam məzmunlu fikirlər bloklansın” – ÇAĞIRIŞbackend

Pakistan baş naziri: “Facebook”da anti-islam məzmunlu fikirlər bloklansın" - ÇAĞIRIŞ

Pakistanın Baş naziri İmran Xan “Facebook” şirkətinin rəhbəri Mark Zukerberqə sosial şəbəkədə anti-islam məzmunlu fikirlərin qadağan olunması istəyi ilə müraciət edib.

PARLA-nın “Oxu.az”-a istinadən verdiyi məlumata görə, baş nazir bu barədə çağırışı öz tvitter hesabında yazıb:

“Sosial media platformalarında şiddət və böhtanların çoxaldığını nəzərə alaraq, “Facebook”da əvvəllər holokosta qarşı olan qadağanın İslamofobiya və İslama nifrət məsələsinə də tətbiq olunmasını xahiş edirəm”.

Onun sözlərinə görə, dünyanın müxtəlif hissələrində müsəlmanlara qarşı təzyiqlər artıb. O, əsasən də Fransada Məhəmməd Peyğəmbərin karikaturasının yayılmasını, eləcə də Hindistandakı anti-müsəlman qanunlarını xatırladıb.

Pakistan baş naziri qeyd edib ki, İslam Fransada terrorçuluqla əlaqələndirilməyə başlayıb.

“Bu da Fransadakı müsəlmanların daha da qütbləşməsinə və kənarlaşdırılmasına səbəb olacaq”, – deyə o əlavə edib.

www.parla.az