Ordumuza təqaüdündən 180 manat köçürən Hikmət Baba ziyarət edildi – VİDEObackend

Ordumuza təqaüdündən 180 manat köçürən Hikmət Baba ziyarət edildi - VİDEO

Ötən gün sosial şəbəkələrdə Ordumuz üçün yaradılan yardım fonduna təqaüdündən 180 manat köçürən Hikmət babanın görüntüləri paylaşılmışdı.

Onun ayağındakı köhnə ayaqqabılar diqqəti çəkmişdi. Bundan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi, aparıcı Murad Həşimov çəkiliş heyəti ilə birlikdə, Şəkinin Baş Küngüt kəndinə Hikmət babanın yanına yollanıb.

PARLA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov öz Facebook səhifəsində paylaşım edib.

“Bura Şəkinin Baş Küngüt kəndidir. Ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babanın kəndi. ƏƏSMN əməkdaşları olaraq səhər tezdən həm təşəkkürümüzü bildirmək, həm səlahiyyətlərimiz çərçivəsində biz də ona olan bu mənəvi borcu ödəmək üçün kəndə gəldik. Hikmət baba deyir ki, əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Deyir, özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram.. O deyir.. Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir.. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!”

www.parla.az