Ordumuz aprel döyüşlərində Sarkisyanın şəxsən təltif etdiyi erməni hərbçini məhv etdibackend

Ordumuz aprel döyüşlərində Sarkisyanın şəxsən təltif etdiyi erməni hərbçini məhv etdi

Azərbaycanın işğal altında olan torpaqlarında 2016-cı ilin aprelindəki dördgünlük müharibə zamanı mükafatlandırılan daha bir erməni hərbçi məhv edildi.

PARLA xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi məhv edilən daha 21 hərbçinin adını açıqlayıb. Onların arasında Rudik Arkadyeviç Malxasyan adlı şəxs də var. O müddətdən artıq hərbi xidmət qulluqçusu olub.

Məlumata görə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan separataçı rejimin rəhbəri olan Bako Saakyanla birlikdə 4 il öncə hərbi hissəyə səfəri zamanı R.Malxasyanı mükafatlandırmışdı.

www.parla.az