Növbəti 23 kənd və həmçinin Azıx mağarası artıq Azərbaycanın nəzarətindədir! – Yeni siyahıbackend

Növbəti 23 kənd və həmçinin Azıx mağarası artıq Azərbaycanın nəzarətindədir! - Yeni siyahı

Prezident İlham Əliyev Azıx mağarasının yerləşdiyi kənd daxil olmaqla, daha bir neçə kəndin azad olunduğunu elan edib.

PARLA xəbər verir ki, bu barədə ölkə başçısı tvit atıb:

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

www.parla.az