Norveçin baş naziri ardıyca Bakıya gələn Nuridə Qurbanova…backend

Norveçin baş naziri ardıyca Bakıya gələn Nuridə Qurbanova…

Azərbaycan hüdudlarından kənarda rəsmi və elmi səviyyədə xüsusi istedadı qəbul olunmuş Nuridə Qurbanovanın bu gün doğum günüdür.

PARLA xəbər verir ki, onun haqqında Azərbaycan və xarici mediada dəfələrlə matereallar dərc olunub. Adı dünyanın məşhur elm və siyasət adamları ilə yanaşı çəkilib.

Şübhəsiz ki, Vanqa ilə bərabər adı çəkilən həmyerlimiz haqqında yayılan şayiələrin də sayı hesabı bilinmir. Onun dünyanın bir çox aparıcı siyasət və biznes nümayəndələrinə konsultasiya etdiyi, hətta  Rusiya prezidenti Vladimir Putinin əsas məsləhətçisi olduğu da deyilir. Adətən Nuridə xanımın doğum günlərində sosial şəbəkələrə yayılan təmtəraqlı videoları və həmin videolarda bir çox siyasət, biznes dünyasının nümayəndələrini, onlarla deputatlardan tutmuş nazir ailələrinə kimi görmək olurdu.

Bugün növbəti doğum günü ərəfəsində Nuridə xanım Bakıda olsa da koronavirus pandemiyasına görə doğum gününü qeyd etmir.

Norveçdə “Sülh üçün Dialoq” təşkilatı tərəfindən “Sülh elçisi” mükafatına layiq görülən görülən Azərbaycanlı xanıma mükafatı Norveçin baş naziri Şyel Mayne Bondevik təqdim edib.

Uzun illər Rusiyada yaşayan ekstrasens xanım hazırda ictimai və xeyriyyə fəaliyyətini öz vətənində davam etdirir.

N.Qurbanova Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Uşaq yaşlarında ildırım vurması nəticəsində 40 günlük komaya düşən kiçik qız oyanarkən ərəb dilində danışmağa və Quran oxumağa başlayır. İllər sonra  Nuridə Qurbanovanın istedadı o qədər ajiotaj doğurur ki, hətta onun şəfaverici fenomenal qabiliyyəti “ENİOM” Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən də təsdiq edilir.

Elmi fəaliyyəti ərzində bir sıra ali beynəlxalq mükafatlarla, ordenlərlə təltif edilir. Onun şöhrəti bütün MDB ölkələrinə, dünyaya yayılır, Komsomolski Pravda qəzeti başda olmaqla digər mətbu orqanlarda da müsahibələri dərc olunur, müxtəlif tv layihələrə dəvət alır.

Bütün müsahibələrində o, Qarabağ həqiqətlərindən danışır. Haqqında çəkilən “Fenomen Nuridə Qurbanova” sənədli filmi ORT kanalında yayımlanır, Amerikanın Max Tv kanalı barəsində reportajlar hazırlayır. Rusiya mətbuatının “Azərbaycanın Vanqası” adlandırdığı Nuridə Qurbanova rəsmi şəkildə 2018-ci ildə Bolqarıstanın paytaxtında “Otkrıtiye” Beynəlxalq Fondu tərəfindən “Azərbaycan Vanqası” fəxri diplomu və “Bolqar qızılgülü” medalı ilə təltif edilir.

www.parla.az