Nisə Qasımovanın xərçəngə tutulması xəbəri yalandırbackend

Nisə Qasımovanın xərçəngə tutulması xəbəri yalandır

Xalq artisti Nisə Qasımovanın xərçəng xəstəliyinə tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

PARLA-nın əldə etdiyi məlumata görə, xalq artistinin oğulluğunun anası və atası Milli Onkologiya Mərkəzində müalicə aldığından, müğənni bir neçə dəfə onları ziyarətə gedib. Nisə Qasımovanın Onkologiya Mərkəzində görünməsi səbəbindən mətbuata yanlış məlumatlar daxil olub.

Qeyd edək ki, Nisə Qasımovanın səhhətində heç bir problem yoxdur, hər şey qaydasındadır.

Bu barədə PARLA-ya xalq artistinin yaxınları xəbər verib.

www.parla.az