Nikol Paşinyan: “Mənim başqa çıxış yolum yox idi”backend

Nikol Paşinyan: “Mənim başqa çıxış yolum yox idi”

Ermənistanın baş naziri Nikol Paşinyan videomüraciətində Dağlıq Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını bildirib.

Bu barədə PARLA “Sputnik Armenia”ya istinadən xəbər verir.

Paşinyan bir çoxlarına zərər verə biləcəyini izah edərək qərarının səbəblərini açıqlamayıb.

“Mən çox şeyi deyə bilərəm, amma postlarda duran əsgərlərin həyatlarını təhlükə altına qoymamaq üçün susacam. Kim ki, indi dağıdır, səngərlərdəki əsgərin kürəyindən vurur. İndi mənim istefamı tələb edən bir siyasətçi var, bir gün əvvəl Şuşada mövqeləri tərk etdi. Ədalətli və səmimi niyyətli insanlar var”, – Paşinyan müraciətində deyib.

Baş nazir əlavə edib ki, qərar hərbi vəziyyətin analizi və hərbi vəziyyətlə hamıdan yaxşı tanış olan insanların qiymətləndirilmələri əsasında qəbul edilib.

www.parla.az