Neft Daşlarında karantin qaydaları pozuldu – İşçilər bayram tədbiri keçirdilər – FOTObackend

Neft Daşlarında karantin qaydaları pozuldu - İşçilər bayram tədbiri keçirdilər - FOTO

Neft Daşlarında karantin qaydaları pozulub.

PARLA xəbər verir ki, bu barədə Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində paylaşım edib.

PARLA paylaşımın mətnini təqdim edir:

“Ölkədə sərt karantin elan olunub.Karantin şərtlərindən biri də bütün tədbirlərin keçirilməsinə qadağadır! Neft Daşlarında karantin qaydaları pozulub.Bizə daxil olan məlumatı sizinlə bölüşürəm;

-30.07.2020 ci tarixde Neft Daşlarında bayram tədbiri keçirilib. Tədbirə ayrılan vəsait Həmkrlar Təşkilatı(?) və NQÇİ tərəfindən Xəzəriaşənin hesabına köçürülüb. Pul köçürülərkən həmin gün Neft Daşlarında növbədə olmuş və olmamış başqa idarələrin də işçilərinin sayı nəzərə alınıb .Ancaq deyilənə görə tədbirdə 60 nəfərə yaxın insan iştirak edib.

Məlumatda o da qeyd olunub ki: Bir neçə il əvvəl 28 May adına NQÇİ-də özüllərin bir neçə komendatı növbədə olmayan işçilərin adına yemək pulu(18.90) yazaraq ,sonradan həmin pulu nağdlaşdırmışdılar. Bu həmin vaxt NQÇİ rəisi işləyən Rövşən Qarayev tərəfindən aşkar edilərək, mənimsənilmiş pulun geri qaytarılmasına nail olmuşdu.”

www.parla.az