Nazirlik: Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi – FOTObackend

Nazirlik: Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi - FOTO

Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub: “Artıq müəssisələrin çoxunda yaradılmış bu şəraitə uyğun məhkum və həbs olunmuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb. Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”.

www.parla.az