Nazirlik 37 mindən çox ziyana görə Baş Prokurorluğa müraciət etdibackend

Nazirlik 37 mindən çox ziyana görə Baş Prokurorluğa müraciət etdi

Bakı şəhəri, Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

PARLA xəbər verir ki, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

www.parla.az