Nazir müəllimlərin işə qəbulu ilə bağlı qaldırılan sualları cavablandırıb – VİDEObackend

Nazir müəllimlərin işə qəbulu ilə bağlı qaldırılan sualları cavablandırıb - VİDEO

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırıb.

Nazirin suallara video cavabı nazirliyin Facebook səhifəsində yerləşdirilib. Emin Əmrullayev qeyd edib ki, hər bir şərhə cavab yazmaq imkanı məhdud olduğundan məsələlərə qısa video formatında münasibət bildirmək qərarına gəlib.

Nazir qeyd edib ki, bu il 8322 vakansiya elan edilib ki, bu da ötən ildəkindən 14 faiz çoxdur.

Nazirin bu mövzu ilə bağlı video formatında münasibətini diqqətinizə çatdırırıq:

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı verilmiş suallara cavablar.

Ötən günlər ərzində Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırdım. İlk növbədə bu mövzuda öz fikrini və rəyini bildirmiş hər bir istifadəçiyə öz dərin minnətdarlığımı bildiririəm. Hər bir şərhə cavab yazmaq imkanı məhdud olduğundan məsələlərə qısa video formatında münasibət bildirdim.Məsələyə münasibət bildirdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Opublikowany przez Emin Amrullayev Niedziela, 13 września 2020

www.parla.az