Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində xüsusi karantin rejimi dönəmində tətbiq ediləcək qadağalardan danışıb.
PARLA xəbər verir ki, 1 dekabr tarixinədək davam edəcək distant təhsil çərçivəsində şagirdlərin internetə çıxışla bağlı problem yaşamaması üçün istifadəyə verilən platformalar artıq VPN-siz işləyəcək.
Nazir bildirib ki, bağça və məktəbəqədər müəssisələr istəyərsə, öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər.
Bu il yenicə tədrisə başlayan 1-ci siniflərin distant təhsil çərçivəsində çətinliklərlə üzləşəcəyini inkar etməyən nazir onların ilk fürsətdə ənənəvi təhsilə başlayacaqlarını söyləyib:
“Gələcəkdə ənənəvi təhsilə qayıtdıqda ilkin mərhələdə məhz 1 və 2-ci siniflərin məktəbdə təhsilinin bərpası nəzərdə tutulub”.
Məktəb və universitetlərin illik təhsil haqqına gəlincə isə, bu mövzuda güzəştlər nəzərdə tutulmayıb.