NATO qoşunları Belarus sərhədlərinə yaxınlaşır – Lukaşenko Müdafiə Nazirliyinə tapşırıq verdibackend

NATO qoşunları Belarus sərhədlərinə yaxınlaşır - Lukaşenko Müdafiə Nazirliyinə tapşırıq verdi

Prezident Aleksandr Lukaşenko Belarusdakı vəziyyətin gərginləşdirilməsi üçün NATO-nun hərbi dəstək verdiyini iddia edib.

PARLA xəbər verir ki, Lukaşenko bu barədə Qrodno şəhəri yaxınlığındakı hərbi təlim poliqonuna səfəri zamanı deyib.

“Hərbi dəstək göz qabağındadır – NATO qoşunları sərhədlərə doğru hərəkət edir. Hamısı guya yeni prezidenti bura gətirməyə çalışır. O (Svetlana Tixanovskaya- red.), qərb dövlətlərinə, bu vəziyyətdə isə NATO-ya əhalini qorumaq üçün müraciət edir. Qoşun yeridirlər, bununla Belarusun sonu ola bilər”,-deyə A. Lukaşenko qeyd edib.

Aleksandr Lukaşenko ölkənin ərazi bütövlüyünün qorunması üçün Müdafiə Nazirliyinə bütün lazımi tədbirlərin görülməsini tapşırıb.

PARLA-nın “Belta”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti Qrodno yaxınlığındakı hərbi təlim poliqonunu ziyarəti zamanı deyib.

“Hər şeydən əvvəl, Belarusun qərb regionunun incisi olan Qrodnonu qoruyun. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün ən sərt tədbirləri görün”, – deyə A. Lukaşenko tapşırıqlarını verib.

A. Lukaşenko ölkəsinə qarşı rəngli inqilablar ssenarisinin tətbiq edildiyini bildirib.

www.parla.az