“Napoli”nin stadionuna Maradonanın adı verildibackend

“Napoli”nin stadionuna Maradonanın adı verildi

“Napoli”nin ev oyunlarını keçirdiyi “San-Paolo” stadionunun adı dəyişdirilib.

PARLA İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib. Arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə “Dieqo Armando Maradona” stadionu adlandırılıb.

“Napoli” növbəti ev oyununu dekabrın 13-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində “Sampdoriya”ya qarşı keçirəcək.

Qeyd edək ki, 1984-91-ci illərdə “Napoli”də oynayan Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.

www.parla.az