Müsyo Jordan əslində kim idi? – Həmid Herisçibackend

Müsyo Jordan əslində kim idi? - Həmid Herisçi

“Axundovun dediyi Müsyo Jordanın reallıqda kim olduğunu dünən deşifrələdim. O fransız botaniki Anri Muadır (Henri Mouhot).”

PARLA bildirir ki, bunu yazıçı Həmid Herisçi öz Facebook səhifəsində yazıb.

“Həmin vaxt, 1850-60-cı illərdə Fransa kəşfiyyatı bir sürü botaniki, kəpənəksevəri səfərbər edib dünyanın dörd tərəfinə ezam edir. Məqsəd?- Dünyanı öyrənmək, Fransanı maraqlandıran coğrafi nöqtələri aşkarlamaq.

Anri Mua, belə botaniklərin, kəpənəksevərlərin ən uğurlusuydu. Bəlkə də Qarabağda da olmuş, ordakı siyasi trendləri, maraqları, kəpənəkləri, erməniləri, azərbaycan tatarlarını, arxeoloji abidələri bittə-bittə öyrənmişdi. Bizim yerli xanlara basıb bağlayırdı ki, bəs guya kəpənəkləri tədqiq edir.

Qarabağdakı fəaliyyəti Axundov tərəfindən qələmə alınan bu dırnaqarası “botanik”, 1860-cı ildə Hind-Çinə, Kompuççiyaya səfər edir. Yerli aboreqenləri kəpənək əfsanəsi ilə aldadıb cəngəlliklərdə qədim Ankor Vat şəhərini aşkarlayır. Üç həftə bu ünvanda ləngiyir, xarabalıqları öyrənir, nəticələrini ölümündən sonra nəşr edilən əsərinə daxil edir.

Beləliklə həqiqi misyo Jordanlar həqiqətən mövcud olub.Ancaq ismin tək halında deyil, cəm şəklində. O vaxt Fransa kəşfiyyatı eyni ssenari, eyni bəhanə ilə çox yerə öz botaniklərini ezam etmişdi. Bu trafaret əməliyyat idi. Eyni mərkəzdən idarə edilirdi.

Beləliklə, ədəbiyyatımızın bir sirri də azaldı.
Misyo Jordan 170 ildən sonra nəhatyət ki, ifşa, deşifrə edildi…

Anri Muadan sonra Fransa kəşfiyyatı Ankor Vatda “Fransız İnstitutu” adlı qondarma bir elmi təşkilat qurur. Öz fəaliyyətini orda bu cür davam etdirir. Kəpənəksevərləri alimlər, arxeoloqlar əvəzləyir.”

www.parla.az