Murad Dadaşov tanınmış aparıcını yenidən “Xəzər”ə qaytardı – FOTObackend

Murad Dadaşov tanınmış aparıcını yenidən "Xəzər"ə qaytardı - FOTO

Aparıcı- aktrisa Zümrüd Qasımova illər sonra yenidən Xəzər TV-də aparıcı olacaq.

PARLA xəbər verir ki, o, bununla bağlı kanal rəhbəri Murad Dadaşovla razılıq əldə edib və verilişin çəkilişlərinə start verib.

Proqramda məşhur mədəniyyət üzvlərinin həyatından bəhs edilir, onların doğulduğu bölgələrdən çəkilişlər həyata keçirilir.

Qeyd edək ki, ötən ay Əməkdar artist Elnarə Abdullayeva da sözügedən layihənin çəkilişi üçün rayona getməyə cəhd etmiş və karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimələnmişdi.

Xatırladaq ki, Z. Qasımova 2016-cı ildə Xəzər TV-yə Şamxal Həsənli rəhbər gətirildiyi vaxt televiziya ilə yollarını ayırmış, daha sonra ARB və Space TV-də fəaliyyət göstərmişdi.

www.parla.az