“Müğənnili, divanlı “şəngülüm” verilişlər tükənmədi?” – Murad Arif MTRŞ-ya səsləndibackend

"Müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi?"-  Murad Arif MTRŞ-ya səsləndi

Müğənni-bəstəkar Murad Arif şəxsi feysbuk səhifəsində fikirlərini bölüşərək MTRŞ-ya səslənib.

PARLA xəbər verir ki, sənətçi verilişlərdəki qeyri-peşəkarlığın yığışdırılmasını istəyib:

“MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq… Dost-düşmən baxır, ayıbdır!

Bu yeknəsək, müğənnili, divanlı “şəngülüm” verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda “hökmən müğənni də gəlsin” formatı 2021-ci il üçün yaramır axı.

İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri… Xaos, fars, dəxlisizlik… O qədər pis idi ki…”.

www.parla.az