Müğənni Nura Suri karantin qaydalarını pozduğu üçün cərimələnibbackend

Müğənni Nura Suri karantin qaydalarını pozduğu üçün cərimələnib

İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürücü Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin reyimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib. Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar.

www.parla.az