Müdafiə Nazirliyi: Hazırda düşmən bu ərazilərimizi atəşə tuturbackend

Müdafiə Nazirliyi: Hazırda düşmən bu ərazilərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutur.

PARLA xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyi tərəfindən yayılıb.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Müdafiə Nazirliyi xəbər verir ki, Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu, hələ də davam edir.

Ermənistanı növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.

www.parla.az